Sabunçu rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Bakıxanov qəsəbə sakini, 1963-cü il təvəllüdlü Cəlilova Mahiyyə Cəlil qızı sirkə turşusu içərək qəsdən özünü zəhərləyib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31