23 yaşlı aktrisa evində ölü tapıldı

Məşhur hind aktrisalarından biri evində özünü asmış vəziyyətdə tapılıb

"anspress.com"-in  məlumatına görə, Hindistanın Benqal əyalətində yaşayan ölkəsində kifayət qədər tanınan aktirsa Dişa Qanqulinin öldüyü ilə bağlı xəbərlər yayılıb. Bu barədə "The Indian Express" xəbər yayıb.

Xəbərdə bildirilir ki, polisin ilkin araşdırmaları nəticəsində onun intihar etdiyi güman edilir. Lakin o, ölümündən əvvəl intihar səbəbini göstərən hər hansı məktub yazmayıb.

23 yaşlı aktrisanın ailəsinin Nayrobidə olduğu, hadisə barədə məlumatlandırıldıqları qeyd edilir.

Polisin baş verən hadisə səbəbi ilə onun dostlarından izahatını alıb, araşdırmalar aparılır.

Qeyd edək ki, Dişa Qanquli benqalca çəkilmiş ən məşhur seriallardan olan "Kanakanjali" və "Tumi Ashbe Bole"də oynadığı rollarla yadda qalıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31