Qarnında heroin daşıyan azərbaycanlı tutuldu
10 Aprel 2015 18:40 Kriminalİrandan gələn azərbaycanlı daxili orqanında heroin daşıyırmış. Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı Məhərrəm Məmmədovun üzərində şəxsi yoxlama aparılıb. Yoxlama zamanı onun daxili orqanından, düz bağırsağından 2 ədəd bükümdə, ümumi xalis çəkisi 8,254 qram olan narkotik vasitə - heroin aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31