Gəncədə dəhşət yaşandı

Dayı bacısı qızını işlədiyi stansiyada bıçaqlayaraq öldürdü

Gəncə yaşlı kişi bacısı qızını qətlə yetirib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib. 1938-ci il təvəllüdlü Qəzənfər İsaq oğlu İsgəndərov bacısı qızı 1968-ci il təvəllüdlü Kifayət Əmir qızı Əhmədovaya bir neçə bıçaq zərbəsi vurub. Kişi qadını işlədiyi Gəncə şəhər 4 saylı Enerji Təchizat Stansiyasında vuub. Bədəninin müxtəlif yerlərindən dərin bıçaq zərbəsi alan Kifayət Əhmədova xəstəxanaya yerləşdirilib. Lakin həkimlər qadının həyatını xilas edə bilməyiblər Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31