5 yaşlı oğlunu zəhərləyib öldürən anaya 25 il həbs cəzası verildi

ABŞ-da 5 yaşlı oğlunu zəhərləyərək öldürən anaya 25 il həbs cəzası verilib. Lent.az-ın vesti.ru-ya istinadən məlumatına görə, amerikalı Leysi Spirs bir neçə il ərzində sistematik olaraq natrium duzu ilə oğlunu zəhərləyirmiş. Övladı dünyaya gəldiyi gündən bəri sosial şəbəkədə və bloqunda oğluna olan sevgisindən yazan qadın eyni zamanda oğlunun xəstə və köməyə ehtiyacı olduğunu deyirmiş. Qadın oğlunun coxsaylı xəstəlikləri haqqında yazırmış. Məlum olub ki, uşaq qarnına birləşdirilmiş boru vasitəsilə qidalanırmış, lakin digər xəstəliklər "qayğıkeş ana" tərəfindən uydurulub. Qadın boruya uşağın yeməyi ilə birgə natrium duzu da əlavə edirmiş. Bunun nəticəsində də uşaq ölüb. Leysi Spirs övladının atasının qəzada öldüyünü bildirirmiş. Lakin bəlli olub ki, uşağın atası sağdır və qadın uşağı atasına göstərmir. Məhkəmə Leysi Spirsin psixi pozğunluğu olduğunu qəbul edib və ona 25 il həbs cəzası veriblər. Leysi Spirs oxunan hökmə sakit qulaq asıb və etiraz etməyəcəyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31