Bakıda qısqanc ər arvadını avtobusda qətlə yetirdi
9 Aprel 2015 13:40 KriminalHəyat yoldaşını qətlə yetirmiş Bakı sakininin tutulması məqsədilə əməliyyat-axtarış tədbirləri aparılır. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 8-də Yasamal rayonunun Moskva prospektində 135 saylı xətt avtobusunda sərnişin, Bakı şəhər sakini Namiq Məmmədov qısqanclıq zəminində arvadı Fatmaya bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Xəstəxanaya yerləşdirilmiş Fatma orada ölüb. Faktla bağlı Yasamal rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31