Dəmiryol stansiyasında oğurluq

Tovuzda dəmiryol stansiyasından dəmir künclüklər oğurlamış şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 6-da Qovlar-Zəyəm dəmir yolu stansiyalarının Tovuz rayonu ərazisindən keçən hissəsindən 19 ədəd dəmir künclük oğurlamış Qovlar şəhər sakini Ruslan Cəfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31