Huşsuz vəziyyətdə olan qadın xilas edilib
19 Sentyabr 2012 13:47 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında yaşlı qadın köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar" a verilən məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs mənzilin qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilə pəncərədən keçərək daxil olaraq giriş qapısını açıblar. Xilasedicilər tərəfindən mənzilə baxış keçirilərkən vətəndaş huşsuz vəziyyətdə aşkarlanaraq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriiblər.