Həmkəndlilərinin maşınına qənim kəsilən tutulub

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aprelin 3-də Masallı rayonunun Təklə kəndində kənd sakini, əvvəllər məhkum olunmuş İlqar Məmmədov həmkəndlisi Çingiz İbrahimovu hədələyərək "Opel" markalı avtomobilini alıb. Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Məmmədov tutulub. Ondan 5,7 qram tiryək götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 5-də rayon sakini Rauf Hüseynovu da hədələyərək "VAZ-2107" markalı avtomobilini almağa cəhd göstərməsi də müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31