Soyğunçuluqla məşğul olan şəxslərə hökm oxundu
8 Aprel 2015 14:48 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçulqda təqsirli bilinən Əkrəm Qayıbov və İsmayıl İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər Kollegiyasının qərarı ilə Əkrəm Qayibov 7, İsmayıl İbrahimov isə 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qaradağ RPİ 11-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinlərinə qarşı soyğunçuluq etməkdə şübhəli bilinən Əkrəm Qayıbov və İsmayıl İbrahimov saxlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31