Gəncədə tapılan silahın keçmiş Baş nazirin dostuna məxsus olduğu aşkarlanıb

Gəncə şəhər sakini tapdığı odlu silahı və vasitələrini polisə təhvil verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə şəhərində yaşayan Bahar İsmayıllı evinin çardağından tapdığı 1 ədəd "AKSU" markalı avtomat silahı, 155 ədəd müxtəlif çaplı patronu və 4 ədəd patron darağını könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə təhvil verib. Araşdırmalar zamanı evin əvvəllər İlqar Səfixanova məxsus olması müəyyən edilib.

Qeyd edək ki, İlqar Səfixanov vaxtilə sabiq Baş nazir Surət Hüseynovun yaxın adamlarından biri olub və 1994-cü il hadisələrindən sonra bir müddət məhkumluq həyatı yaşayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31