Azərbaycanda 4 yaşlı uşaq adam güllələdi – ŞOK

Ağdam rayonunda silahla ehtiyatsız davranma bədbəxt hadisəyə səbəb olub.Hüquq-mühafizə orqanlarından Publika.az-a verilən məlumata görə, Ağdamın Dördyol qəsəbəsində 4 yaşlı İmanov Murad Vətən oğlu evdəki ov tüfəngini götürərək 16 yaşlı bibisi oğlu Xəyyam Məmmədovu güllələyib. İkinci ağır vəziyyətdə Ağdam xəstəxanasına çatdırılıb. Daha sonra isə X.Məmmədov təcili tibbi yardım maşını ilə Bakıya göndərilib.Faktla görə, Cinayət Məcəlləsinin 131-ci (silahla ehtiyatsız davranma) maddəsi ilə iş başlanılıb. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31