Bakıda 21 yaşlı oğlan beşinci mərtəbədən yıxılaraq ölüb

Bakıda 21 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Süleyman Sani Axundov küçəsi 3 c ünvanında yerləşən tikintidə qeydə alınıb. Həmin tikintidə fəhlə işləyən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Nahid Əzizxan oğlu Əliyev beşinci mərtəbədən yıxılaraq ölüb. Faktla bağlı araşdırma aparılır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31