Qoyun oğruları yaxalanıb
7 Aprel 2015 16:23 KriminalSoyğunçuluq yolu ilə İmişli rayon sakininin qoyunlarını oğurlayan şəxslər saxlanəb. DİN-dən verilən məlumata görə, İmişli RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 25-də Elton Əzizovun 6 baş qoyununu soyğunçuluq yolu ilə aparmış rayon sakinləri Şövqi Qurbanlı, İlqar Hüseynov və Allahşükür Əzizov tutulublar. Hadisə zamanı A.Əzizova məxsus "VAZ-2107" markalı avtomobildən istifadə edilməsi də müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31