Banan oğrusundan tiryək çıxdı

8-ci kilometr bazarından banan oğurlayan şəxs ələ keçib. DİN-dən verilən məlumata görə, aprelin 6-da paytaxtın Nizami rayonu ərazisində yerləşən bazarda naməlum şəxs Bakı şəhər sakini Təbriz Həşimova məxsus 20 kiloqram bananı açıq talama yolu ilə aparıblar. Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elbrus Həsənov tutulub. Ondan 1,217 qram tiryək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31