Bakıda avtobusla vurulan qadın xəstəxanada öldü
7 Aprel 2015 14:52 KriminalPaytaxtda yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış qadın xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 19 radələrində Nəsimi rayonunun Cavadxan küçəsində Abşeron rayon sakini Ədalət Nəbiyev idarə etdiyi "Daewoo" markalı 135 saylı xətt avtobusu ilə yolu keçən Bakı şəhər sakini Elmira Sultanovanı vurub. Xəstəxanaya yerləşdirilmiş E.Sultanova aprelin 6-da orada ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31