Rusiyada azərbaycanlıya cəza
24 yaşlı gənc sevgilisinə qayçı ilə yaralayıb
7 Aprel 2015 13:29 KriminalRusiyada azərbaycanlı məhkəməyə çıxarılıb. Anspress-in məlumatına görə, o sevgilisini qayçı ilə yaralayıb. Hadisə ötən ilin oktyabr ayında baş verib. 24 yaşlı Azərbaycan vətəndaşı İvanovada kommunal mənzildə yaşayan sevgilisi ilə mübahisə edib. Mübahisə zamanı o masadan qayçını götürərək qadına qarın nayihəsindən zərbələr vurub. Həkimlər qızın yaralarını ağır, həyat üçün təhlükəli kimi qiymətləndiriblər. İttiham edilən şəxs məhkəmədə günahını etiraf edib və əməlindən peşman olduğunu deyib. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Azərbaycanlı cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31