Oğurluq edən sabiq polis əməkdaşına 8 İL HƏBS

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli bilinən sabiq polis əməkdaşı, Ceyranbatan sakini, 1976-cı il təvəllüdlü Süleyman Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə sabiq polis əməkdaşı 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Sumqayıt polisi mağaza və apteklərdən oğurluqda şübhəli bilinən sabiq polis əməkdaşı Abdullayev Süleyman Məhərrəm oğlu yaxalayıb. İlkin dindirmə zamanı o, cinayət əməlini etiraf edib. S.Abdullayevin sözlərinə görə, o, Sumqayıtda iki market və aptekdən ümumilikdə 980 manat oğurlayıb. Oğurladığı pulları isə kef məclislərinə və narkotik vasitə almaq üçün sərf edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31