Avtomobil qaçırmış şəxs saxlanıb

Aprelin 5-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Nadir Ağayevə məxsus "VAZ-2107" markalı avtomobil qaçırılıb. DİN-dən verilən məlumata görə, avtomobil həmin gün Keşlə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Sənan Şirinov tutulub. Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31