Bakıda avtobus qadını vuraraq öldürdü
6 Aprel 2015 13:49 KriminalBakının Bakıxanov qəsəbəsində avtobus piyadanı vuraraq öldürüb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 5-də saat 22 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi "Daewoo" markalı 113 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Reyhan Nurullayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31