Daha bir nəfərin düz bağırsağından heroin çıxdı

Azərbaycana gələn daha bir nəfərin daxili orqanından narkotik maddə tapılıb. Lent.az-ın Dövlət Gömrük Komitəsinin saytına istinadən məlumatına görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Malik Əzizovun üzərində şəxsi yoxlama aparılıb. Bu zaman onun daxili orqanından (düz bağırsağından) 2 ədəd bükümdə, ümumi xalis çəkisi 9,621  qram olan narkotik vasitə - heroin aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31