İcarəyə götürdüyü avtomobili saxta sənədlə satdı
6 Aprel 2015 13:15 KriminalMartın 25-də Xaçmaz şəhərində şəhər sakini Elşad Əhmədova məxsus "VAZ-21011" markalı avtomobildən qohumu Elmin Kərimova məxsus 3000 manat və mobil telefon oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin şəhər sakini Xətai Əliyev tərəfindən törədilməsi müəyyən edilib. Araşdırmalar zamanı X.Əliyevin cari il fevral ayının 15-də "055 cars" şirkətinə məxsus "Opel" markalı avtomobili icarə əsasında 30 günlük götürməsi, lakin avtomobili geri qaytarmayaraq sənədlərini saxtalaşdırıb Xaçmaz şəhər sakini Fariz Ağayevə satması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31