Bakıda bıçağı 26 yaşlı oğlanın çənəsinə soxdular
6 Aprel 2015 12:20 KriminalBakıda gənc oğlan bıçaqlanıb. Lent.az-ın məlumatına görə, bir neçə gün əvvəl paytaxt sakini, 1989-cu il təvəllüdlü Həsənov Nadim Nadir oğlu çənəsindən aldığı xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, ilkin ifadəsində yıxıldığı üçün çənəsindən xəsarət aldığını bildirib. Araşdırmalar nəticəsində məlum olub ki, əslində N.Həsənov Xətai rayoinu Ə.Salmanov küçəsi 5/7 ünvanının qarşısında həmyaşıdı, Dadaşov Elham Rafael oğlu tərəfindən xuliqanlıq zəmində bıçaqlanıb. Araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31