Polis deputatın obyektində reyd keçirib-5 nəfər həbs olunub
5 Aprel 2015 11:00 KriminalPolis Lənkəranın "Palıdlı sahil" İstirahət Mərkəzində əməliyyat keçirib. Musavat.com-un yazdığına görə, əməliyyat nəticəsində 5 nəfər həbs edilib.Saytın mənbəsinin bildirdiyinə görə, həbs edilənlər gənclərdir: "Onlardan biri 2004-cü ildə Ginnesin rekordlar kitabına adı düşmüş Lənkəranın Aşağı Nüvədi kəndinin sakini, 18 yaşlı Ələsgər Rəhim oğlu Həsənzadədir".Ə.Həsənzadə 1 saat 45 dəqiqə ərzində barmaqlarının ucu ilə sinəsini yerə vurmamaq şərti ilə 3 min dəfə qalxıb-enib. Onun 7 yaşında göstərdiyi bu rekord "Ginnesin Rekordlar Kitabına" düşüb. Çünki Həsənzadəyə qədər dünyada 7 yaşdan aşağı heç kim belə bir rekorda imza atmayıb.Sayt qeyd edib ki, əməliyyatın motivi bilinmir.
"Palıdlı sahil" İstirahət Mərkəzinin sahibinin Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli olduğu bildirilir.