İki avtomobil toqquşdu, 4 nəfər yaralandı

Mingəçevir şəhərində yol-n\qliyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, şəhər sakinləri Rafayel Məmmədovun idarə etdiyi "Hyundai", Elgün Əzəmmədovun idarə etdiyi "VAZ-21012" və İzafət Quliyevin idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış E.Əzəmmədov və sərnişini, habelə R.Məmmədov və sərnişini xəstəxanaya yerləşdirilib. Mingəçevir ŞPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31