Azərbaycanda 20 yaşlı qızı zorlayan 3 nəfər həbs edildi

Qızı zorlayanlar onun həmkəndliləridir

Baş Prokurorluq Tovuzda gənc qızı zorlayanların həbs edilməsi ilə bağlı məlumat yayıb. Prokurorluqdan Lent.az-a daxil olan məlumatda bildirilir ki, Tovuz rayon Polis Şöbəsində istintaqı aparılan cinayət işi üzrə Kamal Məmmədov və Elməddin Niyazov Cinayət Məcəlləsinin 150.2.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri), Mürsəl Kərimov isə Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla martın 30-da barələrində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31