Bakıda qadının qızıllarını oğurlayan kişi tutuldu

Bakıda oğurluq edən şəxs tutulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 2-də Xəzər rayonunun Binə qəsəbəsində qəsəbə sakini Elnur Rzayevə məxsus mağazaya gəlmiş naməlum şəxs açıq talama yolu ilə oradan qızıl əşyalar aparıb. Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini İlqar Hacıağa tutulub. Ondan 0,18 qram heroin götürülüb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun aprelin 1-də həmin qəsəbə sakini Könül Cavadovaya məxsus içərisində 200 manatı və qızıl sırğası olan çantasını oğurlaması da müəyyən edilib. Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31