İki Azərbaycan vətəndaşı Yəməndən çıxarılıb, daha 7 nəfər gözləyir
3 Aprel 2015 12:55 KriminalAprelin 2-də iki Azərbaycan vətəndaşı Rusiyaya məxsus təyyarə ilə Yəməndən təxliyyə olunub. Bu barədə APA-ya Azərbaycanın Səudiyyə Ərəbistanındakı, eyni zamanda Yəməndə də akkreditə olunmuş səfirliyinin 2-ci katibi, konsul Emil Qasımzadə məlumat verib. Konsul bildirib ki, Moskvaya yola salınan şəxslər Cəfərov Rüstəm və onun həyat yoldaşı Marina Valerinadır: "Digər 7 nəfər azərbaycanlı isə Sana şəhər aeroportunda gözləyir. Onların da bu gün ya Rusiya, ya da Türkiyə vasitəsiilə təxliyə olunacaqları gözlənilir. Səfirlik prosesi daim diqqətdə saxlayır". E. Qurbanov deyib ki, 9 nəfərdən başqa Yəməndən çıxmaq üçün müraciət edən yoxdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31