Bir gündə 3 nəfər elektrik cərəyanı vurmasından öldü
2 Aprel 2015 18:14 KriminalAstara və Lənkəran rayon sakinləri elektrik cərəyanı vurması nəticəsində ölüblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 1-də Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Lənkəran rayon sakini Zöhrab Cəfərov isə Neftçala rayonunun Qaçaqkənd kəndində elektrik cərəyanı vurması nəticəsində ölüblər. Hər iki faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31