Qadınları fahişəliyə cəlb edən 2 nəfər tutulub
Onlar İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən saxlanılıblar
3 May 2012 17:09 KriminalQadınları fahişəliyə cəlb edən iki nəfər saxlanılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadla verdiyi məlumata görə, bunlar Naxçıvan şəhər sakini Nüşabə Əsədova və Maşallah Quliyevdir. Onlar İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etdiyinə görə saxlanılıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31