Oğurluqla məşğul olan şəxslər saxlanıb

Paytaxt Bakıda oğurluqla məşğul omuş şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 1-də Bakı dəmir yolu stansiyasının ərazisində Göyçay rayon sakini Ramazan İmaniyə məxsus içərisində geyim əşyaları olan çantanı oğurlamış Bakı şəhər sakini Kamran İbrahimov saxlanılıb.

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə martın 15-də Astara rayon sakini Elvin Mikayılovun 700 manatını kafedə oğurlamış Hacıqabul rayon sakini Bəhlul Vəliyev tutulub.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31