Azərbaycana narkotik gətirən iranlı tutuldu

Ondan 4 ədəd bükümdə narkotik vasitə aşkarlanıb

Azərbaycana tiryək keçirmək istəyən İran vətəndaşı saxlanılıb. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əməliyyat Biləsuvar Gömrük İdarəsinin əməkdaşları tərəfindnə keçirilib. Keçirilən əməliyyat zamanı Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Nourı Manafızadeh Saeıd Ahad oğlunun üzərində narkotik vasitə aşkar edib. Şəxsi yoxlama zamanı ondan 4 ədəd bükümdə, ümumi xalis çəkisi 218,434 qram olan tiryək aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31