4 nəfər bədbəxt hadisənin qurbanı oldu

Aprelin 1-də Sumqayıt şəhərində bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, aprelin 1-də Sumqayıt şəhərində yaşayan İlahə Cəfərova evində dəm qazından zəhərlənərək ölüb. Bundan başqa aprelin 1-də Astara rayonunun Nuyabud kəndində kənd sakinləri Əflatun Həkimov və oğlu Elson, Neftçala rayonunun Qaçaqkənd kəndində Lənkəran rayon sakini Zöhrab Cəfərov  elektrik cərəyanı vurması nəticəsində ölüb. Hər bir faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31