Bakıda güclü partlayış: yaralılar var

Bakıda qaz sızması partlayışa səbəb olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, mart ayın 31-də saat 23 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Ofeliya Məmmədovanın yaşadığı evdə təbii qazın sızmasından ani partlayış baş verib. Dağıntı olmasa da, O.Məmmədovanın qonaqları, Xaçmaz rayon sakinləri Ayaz Bəşirov və Ruhəddin Kərimov xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31