DİN Balakəndə əməliyyat keçirdi: 10 yaxın şəxs saxlanıldı

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Balakəndə xüsusi əməliyyat keçirib. Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 10-a yaxın şəxs saxlanılıb. Onlardan külli miqdarda narkotik vasitə götürülüb. Balakən Rayon Polis Şöbəsindən APA-ya əməliyyatın keçirildiyini təsdiqləsələr də,  ətraflı açıqlama verilməyib: "Əməliyyatla bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yayacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31