Bakıda taksi sürücüsünün 3500 manatı oğurlandı
Bakıda quldurluq hadisəsi baş verib
2 Aprel 2015 14:28 KriminalSabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Üç nəfər naməlum şəxs Bakıda taksi fəaliyyəti ilə məşğul olan, Şərur rayon sakini, 1970-ci il təvəllüdlü Şükür Aslan oğlu Quluzadənin idarə etdiyi 10-RH-772 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilə sərnişin qismində oturub. Daha sonra onlar Ş. Quluzadədən quldurluq yolu ilə 3500 manat pul alaraq qaçıblar. Hazırda polis hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31