İsmayıllı rayonu, Ruşan kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirlıiyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31