“Nissan” səkiyə çırpılaraq alışıb

Sumqayıt şəhərində vətəndaşa məxsus "Nissan" markalı minik avtomobilinin səkiyə çırpılması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə avtomobilin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31