37 il sonra edam edildi
3 May 2012 17:08 KriminalABŞ-ın Oklahoma ştatında 37 ildir həbsdə olan məhkum edam edilib. "Qafqazinfo"nun xarici KİV-lərə istinadən xəbərinə görə, 57 yaşlı Maykl Selsor 1975-ci ilin sentyabrında Tulsa şəhərində oğurluq üçün girdiyi marketin işçisini öldürüb. Selsorun barəsində çıxarılan ölüm hökmü 1976-cı ildə konstitusiyaya zidd olduğuna görə ömürlük həbslə əvəz edilib..
Ancaq 1996-cı ildə başlayan appelyasiya məhkəməsində Selsor ikinci dəfə edam cəzası alıb və bu hökm icra olunub. Selsorun edam hökmü ona zəhərli iynə vuruluraq yerinə yetirlib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31