Adam bıçaqlayıb qaçan şəxs ələ keçib

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Binəqədi RPİ 40-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 30-da Pərvin İsmayılovun evindən 1330 manat və sənəd oğurlamış Bakı şəhər sakini Ərzulla Haziyev tutulub. Həmçinin, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 30-da Sakit Kərimova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Quliyev tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31