Zaqatalada 2 ailəyə məxsus ev yanıb

Zaqatala rayonu, Qəbizdərə kəndində 2 ailəyə məxsus ümumi sahəsi 216 kv.m olan ikimərtəbəli evdə yanğın baş verib. Nəticədə ümumi sahəsi 48 kv.m olan 2 otaqlı evin yanar konstruksiyaları 48 kv.m sahədə və ev əşyaları qismən, digər vətandaşa məxsus ümumi sahəsi 168 kv.m olan 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31