Balakəndə məktəb yanıb
1 Aprel 2015 17:20 KriminalBalakən rayonu, Şərif kəndində Təhsil Nazirliynə məxsus orta məktəbdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 840 kv.m olan birmərtəbəli orta məktəbin yanar konstruksiyaları 125 kv.m (1 sinif otağının, müəllimlər otağının, dəhlizin yanar konstruksiyaları və əşyaları 110 kv.m və 1 sinif otağının tavanı 15 kv.m) sahədə yanıb. Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31