Bakıda tapılmış meyitin 9 il əvvəl itkin düşmüş şəxs olduğu müəyyən edilib
1 Aprel 2015 13:48 KriminalBakının Qaradağ rayonunun Ələt qəsəbəsində 4 həftə əvvəl tapılmış meyitin şəxsiyyəti müəyyən edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayon Polis İdarəsi 11-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 5-də Ələt qəsəbəsi ərazisində tapılmış meyitin 2006-cı ilin iyun ayında itkin düşmüş Sabirabad rayon sakini Mərifət İsmayılov olması müəyyən edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31