DİN zəncirvari qəza ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş zəncirvari qəza ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən məlumatına görə, aprelin 1-də saat 01 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Cəbrayıl rayon sakini Xəyyam Quliyevin idarə etdiyi "Kamaz", Bakı şəhər sakinləri Zamirə Məmmədovanın idarə etdiyi "Chevrolet", Elnur Məmmədovun idarə etdiyi "VAZ-2107", Təranə Əsgərovanın idarə etdiyi "Mercedes" və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi "Shacman" markalı avtomobillər toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş X.Quliyev orada ölüb. Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31