Özünü 9-cu mərtəbədən atan qadının şəxsiyyəti müəyyənləşdi

Bakıda intihar edən qadının şəxsiyyəti müəyyənləşib. Suraxanı Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ötən gün rayon ərazisində intihar edən şəxsin Ağdam rayonundan məcburi köçkün olan və Hövsan qəsəbəsində yaşayan 1985-ci il təvəllüdlü Gülnaz Adil qızı Bəkirova olduğu məlum olub.

Qeyd edək ki, martın 31-də Hövsan qəsəbəsində, Elçin Məmmədov küçəsi 4 A ünvanında naməlum qadın özünü doqquzuncu mərtəbədən ataraq intihar edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31