Bakıda falçını öldürən şəxs tutuldu
Bakıda 15 gün öncə baş verən qətl hadisəsinin üstü açılıb.
31 Mart 2015 22:35 KriminalSəbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində martın 14-də rayon ərazisində 1970-ci il təvəllüdlü Tahir Talıbovu qətlə yetirən şəxs Azərbaycanın rayonlarının birində saxlanılıb və hazırda Bakıya gətirilir.
Qeyd edək ki, martın 14-də İçərişəhər ərazisində, Firdovsi küçəsi 5. ünvanında T. Talıbovun üzərində çoxsaylı xəsarətləri olan meyiti tapılıb.
Polisdən T. Talıbov qətlə yetirildiyi ünvanda falçılıqla məşğul olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31