Quldurluq edən şəxslər ələ keçdi

Abşeron rayonunda quldurluqla məşğul olan şəxslər saxlanıb. DİN-dən verilən məlumata görə, RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 28-də İntiqam Ağayevin "Hyundai" markalı avtomobilni quldurluq yolu ilə almış şəxslər tutulub. Araşdırma zamanı saxlanılan şəxslərin Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Ceyhun Nəsirov və Laçın rayon sakini İlqar Abbasov olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31