Bakı sakini Ucardakı fermada öldü

Ucarda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, martın 30-da Ucar rayonunun Qazıqumlaq kəndində yerləşən quşçuluq fermasında işləyən Bakı şəhər sakini Ülvi Niftiyevi elektrik cərəyanı vurub. O, hadisə yerindəcə keçinib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31