Maşın dirəyə çırpılaraq yandı, sürücü xəsarət aldı
31 Mart 2015 13:23 KriminalBakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus "MERCEDES" markalı minik avtomobili yolun kənarındakı elektrik dirəyinə çırpılaraq yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb. Avtomobildə olan sərnişin aldığı bədən xəsarətlərindən yanğınsöndürənlər tərəfindən Təcilli Tibbi yardım xidmətinə təhfil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31