Avtobusda həşiş qətranı aşkar olunub
31 Mart 2015 13:09 Kriminalİrandan ölkəmizə narkotik vasitə keçirilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşları - sürücü Paşayi Məhəmməd Bağır Xəlil oğlu və onun köməkçisi Radfar Farbud Cəmşid oğlunun idarə etdikləri "Scania" markalı sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük nəzarəti keçirilib. Yoxlama zamanı avtobusun salonunda ümumi xalis çəkisi 0,83 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31